İran sərhədçiləri ilə “Taliban” silahlıları arasında Hirmənd sərhəd bölgəsində toqquşma baş verib.
APA-nın Tehran bürosunun məlumatına görə, “Taliban” silahlıları Dust Məhəmməd şəhərinin kənarındakı evləri atəşə tutub.
***15:35
İran sərhədçiləri və “Taliban” silahlıları arasında İran-Əfqanıstan sərhədində silahlı toqquşma başlayıb.
Demokrat.az-ın İRNA-ya istinadən verdiyi xəbərə görə, bunu Sistan və Bəlucistan əyalətinin Hirmənd rayonunun rəhbəri Meysam Barazande bildirib.
Sərhəddə atışma davam edir.
Meysam Barazande silahlı toqquşma nəticəsində mümkün tələfatın hazırda dəqiqləşdirildiyini söyləyib.
Qarşıdurmanın səbəbi açıqlanmayıb.


