Sel və daşqın səbəbindən Tehran-Şimal dəmiryolu bağlanıb.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Dəmiryolu Şirkəti bildirib.
Qeyd olunub ki, daşqın nəticəsində Zarin Rəşt-Məhabad dəhlizindəki Tehran-Şimal dəmiryolu xəttinin bir hissəsi zədələndiyindən bağlanıb.
Dəmiryolunun işçi heyəti problemi tez bir zamanda həll etməyə çalışır.


