Yaponiyada meymunlar insanlara hücum edib.
Demokrat.az xəbər verir ki, Yaponiyanın Yamaquçi əyalətində meymunlar insanlara təhlükəli anlar yaşadıb.
Belə ki, meymunlar ümumilikdə 58 nəfəri yaralayıb.
Meymunların yaraladığı insanların əksəriyyəti yaşlılar və uşaqlar olub.
Dövlət meymunlarla mübarizə üçün xüsusi ovçu qrupu yaradıb.
Qeyd edək ki, rəsmilər meymunlarla mübarizədə insanlara göz təmasından qaçmaq, insanı böyük göstərən paltarlar geymək və səssizcə geri çəkilmək kimi tövsiyələr veriblər.
Malik Demokrat.az


