Almaniyada Ukrayna hərbçilərinə "Gepard" özüyeriyən zenit silahlarının istifadəsi üzrə təlim keçirilməyə başlanılıb.
Demokrat.azxəbər verir ki, məlumatş RND nəşri yayıb. Təlim Almaniya silahlı qüvvələrinin poliqonlarında keçirilir. Hazırda təlimlərdə Ukrayna Silahlı Qüvvələrinin yüz hərbçisi iştirak edir. Poliqolarda Ukrayna əsgərləri zenit qurğuları ilə tanış olur və artilleriya təlimi keçir. Xatırladaq ki, Almaniya iyulun ortalarına qədər Ukraynaya 15 "Gepard" qurğusu və onlar üçün təxminən 60.000 döyüş sursatı təhvil verəcəyini bildirib.


