Çində aylarla bankomatlardan nağd pul çəkə bilməyən çinlilər banka hücum ediblər.
Demokrat.az xəbər verir ki, Çinin Zenqzou şəhərində minlərlə çinli "Xalq Bank"ın önündə toplaşaraq etiraz edib.
Etiraza səbəb isə insanların aprel ayında bu günədək nağd pul ala bilməməsi olub.
Şəhər rəsmiləri belə hadisələrin Çində nadir olduğunu vurğulayırlar.
İnsanların şikayəti əsasən 4 bankdan olub.
Bank rəsmiləri insanların etirazına sərt şəkildə reaksiya verərək mühafizəçiləri onlara kobud davranmağa vadar ediblər.
Qeyd edək ki, etiraz bir neçə saat davam edib.
Malik Demokrat.az


