“Atəşkəsin əldə olunması həm Rusiyanın, həm də Ukraynanın xeyrinədir”.
Demokrat.az xəbər verir ki, bu sözləri “Müsavat TV” açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
Sabiq nazir hesab edir ki, Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə qarşı hansısa öhdəlik götürmədən vaxt udması strateji bir məsələ olacaq:
“Bilirik ki, buna nail olmaq Ukraynanın xeyrinədir. Amma, indiki məqamda bunu demək çətindir. Təbii ki, problem ilk növbədə Rusiyada olacaq. Çünki Rusiyanın indiki hərbi üstünlüyünü nəzərə alaraq deyə bilərik ki, o, istəyəcək ki, Ukraynanı sıxışdırsın. Bəlkə Rusiya da indiki mərhələdə atəşkəs rejiminə nail olunmasını istəyir”.
Aynurə Pənahqızı Demokrat.az


