“Ehtimallara görə, Avropa İttifaqı çətin dönəm yaşayacaq. Avropanın iqtisadiyyatı yaxın bir il ərzində demək olar ki, şok vəziyyətində olacaq”.
Bunu Demokrat.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Politoloqun sözlərinə görə, çünki birdən-birə Rusiyadan qazın kəsilməsi və əlavə mənbələrdən qazın gətirilməsi Avropaya müəyyən problemlər yaradacaq:
“Amma, orta prespektivdə düşünürəm ki, həll yolu tapılacaq.

Yəni, digər mənbələr xüsusilə də, qazla zəngin olan ölkələr Avropaya qaz ixrac edə bilərlər. Və Avropanın infrastrukturu bu qazı qəbul etməyə hazır olacaq. Bunlara ən azı bir il yarım vaxt tələb olunacaq ki, vəziyyət bir çox hallarda tənzimlənsin. Amma təəssüflər olsun ki, yaxın gələcəkdə Avropa iqtisadiyyatı çox böyük çətinliklərlə üzləşəcək və ən qısa zamanda Rusiya qazını əvəz etmək mümkün olmayacaq. Burada bir amil də var ki, artıq yay fəslidir və bu da Avropanın hazırda xeyrinədir. Çünki yay aylarında Avropada qazın tədarükü azalır. Ona görə də, hələ bir neçə ay var ki, Avropalılar bu məsələyə daha ciddi hazırlaşsınlar. Düşünürəm ki, onların nə dərəcədə effektli vəziyyətə hazırlaşmalarını biz yalnız oktyabr, noyabr aylarında görə biləcəyik”.
Aynurə Pənahqızı Demokrat.az


