Afrika ölkəsi olan Çadda qızıl mədənlərinin işçiləri arasında atışma baş verib.
Demokrat.az xəbər verir ki, mayın 23-də baş verən atışmada 100-dən çox mədənçi həyatını itirib.
Ölkənin müdafiə naziri Davud Yaya İbrahim də həmin bölgəyə gedib və oradakı qanunsuz mədən işlərini qadağan edib.
Qeyd edək ki, qeyri-rəsmi mənbələr ölü sayının əslində 200-dən çox olduğunu bildirirlər.
Malik Demokrat.az


