Gündəm Özəl

Ağ Ev Ukraynaya dəstək üçün yeni planları açıqladı

Ağ Ev Ukraynaya dəstək üçün yeni planları açıqladı

"Biz ukraynalılara döyüşə bilmələri üçün göstərdiyimiz yeni yardımı elan edirik. Bu, demək olar ki, hər gün, ən azı həftədə bir dəfə baş verir"

Demokrat.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədəAğ Evin Milli Təhlükəsizlik Müşavirinin müavini Con Finer məlumat verib:

"Gələn həftə daha çox yardım edəcəyik. Döyüş meydanında vəziyyətin necə inkişaf etməsindən asılı olaraq yardımımızı davam etdirəcəyik. Bizim yardımlarımız müharibəyə əhəmiyyətli təsir göstərir" - Finer əlavə edib.

O, Kiyevin Rusiyanı terrorizmin himayədarı dövlət kimi tanımaq çağırışına da münasibət bildirib və bildirib ki, belə bir ssenarini istisna etmək olmaz:

“Biz Rusiyanın Ukraynada törətdiyi cinayətlərə görə cavabdehlik daşımaq üçün atacağımız bir sıra digər əlavə addımları nəzərdən keçiririk”, - Finer deyib.

Leyla Demokrat.az

D
demokrat.az