“Bu gün Rusiya hərbçiləri Qərbin dəstəklədiyi totalitar-liberal rejimlərə qarşı mübarizənin önündə gedir”.
Demokrat.az xəbər verir ki, bu sözləri Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin tarix təhsili üzrə idarələrarası komissiyanın iclasında çıxışı zamanı deyib: “Hərbi peşəni şüurlu şəkildə seçən soydaşlarımız öz hərbi borcunu vicdanla və sonadək yerinə yetirirlər. Onlar da hamımız kimi, okeanın o tayında kiminsə dünya tarixində Rusiyaya bir küncdə yer vermək qərarı ilə heç vaxt razılaşmayacaqlar”.
Narışkin vurğulayıb ki, rus əsgəri həmişə öz doğma torpağını müdafiə edir və onu düşməndən qoruyur.
Məlik Demokrat.az


