“Baydenə müharibə cinayətkarının kim olduğunu xatırlatmaq olarmı? Bu videoda o - Bayden etiraf edir ki, dinc Belqrad şəhərini bombalamağı və Dunaydakı bütün körpüləri dağıtmaq üçün amerikalı pilotları göndərməyi təklif edən məhz o idi”.
Demokrat.az xəbər verir ki, bunu “Roskosmos”un rəhbəri Dmitri Roqozin sosial şəbəkə hesabında Baydenin Putini "müharibə cinayətkarı" adlandırmasına münasibət bildirərkən deyib.
“Qəbrinin kənarında bu qanlı qoca öz vəhşiliklərini, qətlə yetirdiyi minlərlə dinc sakini xatırlamalıdır”, - o bildirib.
Baydenin sözügedən çıxışını təqdim edirik:
Qeyd edək ki, ABŞ prezidenti Co Bayden ötən gün daxili tədbirdə jurnalistlərə verdiyi qısa açıqlamada Rusiya prezidenti Vladimir Putini “müharibə cinayətkarı” adlandırıb.
Məlik Demokrat.az


