"Məni küncə sıxışdırırsınız, amma bunu etməməlisiniz. Əgər əsəbləşsəm, deməli qəzəbim dəhşətlidir, qisasım isə idarəolunmazdır. O zaman anlayacaqsınız ki, sizin sanksiyalarınız çiçəkdir”. Demokrat.az Rusiya mediasına istinadən xəbər verir ki, bu sözləri Çeçenistan prezidenti Ramzan Kadırov deyib. O Qərbin sanksiyalarından danışarkən əsəbiləşib: "Əgər əsəbləşsəm, deməli qəzəbim dəhşətlidir, qisasım isə idarəolunmazdır". Qeyd edək ki, Ramzan Kadırov Ukraynada gedən döyüşlərdə iştirak edən Çeçenistandan olan güc strukturları əməkdaşları üçün zirehli yolsuzluq avtomobilləri göndərib.
Demokrat.az


