"Rusiya xəbərdarlıq etmədən Ukraynaya hücuma başlaya bilər".
Demokrat.az xarici mediaya istinadən xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq Litva prezidenti Gitanas Nauseda və Estoniyanın baş naziri Kaja Kallas ilə söhbətində deyib.
Alyansın Baş katibi Donbasda rus hərbi qüvvələrinin sayının artırılmasından danışıb və bildirib ki, bu addım Avropa qitəsi üçün təhlükə mənbəyi olaraq qalır.
Y.Stoltenberqin sözlərinə görə, sərhədə yığılan Rusiya qoşunlarının miqdarı təlim üçün nəzərdə tutulan saydan artıqdır. Qeyd olunub ki, soyuq müharibə dönəmindən bu yana ən böyük həcmli hərbi qüvvələrin bir yerə yığışdığı müşahidə edilməkdədir.
Zamiq Demokrat.az


