Dünya

Çin Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir

Çin Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir

"Hər bir ölkənin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü qorunmalıdır. Çünki bu, beynəlxalq münasibətlərin əsas normasıdır. Ukrayna da istisna deyil".

Demokrat.az xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, Çin hökumətinin ötən həftə açıqladığı sənəddə bütün ölkələrin suverenliyivə ərazi bütövlüyünün dəstəkləndiyibildirilir.

"Kimsə Çinin mövqeyini şübhə altına almaq istəyirsə, bu, vəziyyəti şişirtmək və ölkəmizin mövqeyini təhrif etmək demək olacaq”, - deyə çinli nazir bildirib.

Arzu Demokrat.az

D
demokrat.az