Gündəm

AMEA-da prezident seçkilərinin vaxtı müəyyənləşdi

AMEA-da prezident seçkilərinin vaxtı müəyyənləşdi

Fevralın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağı keçiriləcək.

Demokrat.az xəbər verir ki, Ümumi yığıncaqda Akademiyaya yeni prezident seçiləcək.

AMEA prezidenti postuna Akademiyanın birinci vitse-prezidenti Arif Həşimovun namizəd olması ehtimal edilir.

Qeyd edək ki, fevralın 14-də AMEA Rəyasət Heyətinin iclası keçirilib. Ramiz Mehdiyev istefa ərizəsi ilə dövlət başçısına müraciət edəcəyini bildirib.(vesti.az)

D
demokrat.az