Dünya

Ərdoğan israilli həmkarı ilə görüşəcək

Ərdoğan israilli həmkarı ilə görüşəcək

İsrail prezidenti İtzhak Herzoq türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefonla danışığı zamanı yaxın vaxtlarda görüşün mümkünlüyünü müzakirə edib.

Bu barədə İsrail prezidentinin mətbuat xidməti bildirib.

Məlumatda qeyd olunub: "Prezident Hersoq bu axşam Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə telefon danışığı keçirib və ona cansağlığı və COVID-19-dan tezliklə sağalmasını arzulayıb. Söhbət zamanı iki ölkə liderləri təzliklə görüşün mümkünlüyünü müzakirə ediblər".

Demokrat.az

D
demokrat.az