“Bağça müdirləri, müəllimlər qanunun aliliyinə əməl etməlidir” — Deputat

GÜNDƏM 14 yan 2022, 20:09
“Bağça müdirləri və müəllimləri qanunun aliliyinə tam əməl etməyə çalışmalıdırlar”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bağçalarda uşaqların döyülməsi məsələsinə münasibət bildirərkən deyib.

Deputat vurğulayıb ki, qanunun aliliyinə əməl olunması çox önəmlidir və labüddür: “Əgər hüquq pozuntusu, qanun pozuntusu varsa, bu zaman qanunvericilik qaydasında bu məsələ öz həllini tapmalıdır. Amma burada bir məqam da var ki, biz bu məsələni ümumiləşdirməməliyik. Bütövlükdə, bunu bütün bağça müəllimələrinə və digər istiqamətlərə yönləndirməməliyik. Biz ilk növbədə, çalışmalıyıq ki, bu kimi neqativ əməllər tədris müəssisələrinin, universitetlərin, məktəblərin, bağçaların müqəddəsliyinə və fəaliyyətinə heç bir xələl gətirməsin. Təbii ki, əgər hansısa qaydada qanun, hüquq pozuntusu olarsa, o zaman konkret addımlar atılmalı və cəza mexanizmləri tətbiq olunmalıdır. Buna paralel olaraq çalışmalıyıq ki, cəmiyyətdə müəllim-şagird münasibətlərinin pozulmasına imkan verməyək və müəllimliyin müqəddəsliyinin qorunmasını da nəzərimizdən qaçırmayaq”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top