Cəlilabadda ağır qəzada ölən və yaralananların şəxsiyyəti məlum olub

SOSİAL 08 yan 2022, 21:38

Cəlilabad rayonunda ağır yol qəzasında ölənlərin və yaralıların şəxsiyyəti məlum olub.

"Report"un Muğan bürosunun məlumatına görə, qəza nəticəsində Cəlilabad rayon sakinləri - "VAZ-2107" markalı minik avtomobilinin sürücüsü, 1954-cü il təvəllüdlü Xubalıyev Böyükxan İsrafil oğlu xəstəxanada, sərnişini Ağayeva Yaxşıxanım isə hadisə yerində ölüb.

Qəza zamanı habelə minik avtomobilinin digər sərnişinləri, Cəlilabad rayon sakinləri - 1955-ci il təvəllüdlü Xubalıyeva Gülarə Əliyusif qızı, 1983-cü il təvəllüdlü Quliyeva Kəmalə Böyükxan qızı və 1966-cı il təvəllüdlü Muradova Səadət Həsənağa qızı xəsarət alıblar.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, hadisə Qarazəncir kəndində qeydə alınıb.

"VAZ-2107" markalı minik avtomobili işıqlandırılmayan yolda “Kon” markalı avtomobilə çırpılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top