Uşaqlar arasında yeni yayılan xəstəlik koronavirusdur? — VİDEO

SOSİAL 05 yan 2022, 22:06

Son günlər uşaqlar arasında şiddətli qızdırma, qusma və öskürəklə müşahidə olunan xəstəlik yayılıb. Xüsusilə koronavirusun yeni ştamlarının yayıldığı dövrdə bu hal valideynləri ciddi narahat edir. 

Baku TV-nin əməkdaşları Ə.Qarayev adına 2 saylı uşaq xəstəxanasında olublar.

Xəstəxanadan bu simptomlarla müraciət edən xeyli sayda xəstə olduğu bildirilib. 

Həkim-pediatr Əkbər Quliyev bildirib ki, aparılan laborator müayinələrə əsasən demək mümkündür ki, uşaqlar arasında yayılan virus adi qrip virusudur. 

“Təbii ki, aralarında nadir hallarda koronavirusa yoluxma da müşahidə edirik”, – deyə həkim qeyd edib.

Daha ətraflı Baku TV-nin süjetində:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top