Azərbaycan idmançılarının bu il qazandıqları medal sayı açıqlandı

İDMAN 30 dek 2021, 15:13
Azərbaycan idmançılarının 2021-ci il ərzində qitə və dünya çempionatlarında, kubok yarışlarında, qran-pri və digər nüfuzlu beynəlxalq yarışlarda qazandıqları medalların sayı açıqlanıb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Demokrat.az-a verilən məlumata görə, idmançılar bu il ümumilikdə 519 medala sahib çıxıblar.

Onlardan 227-si olimpiya (62 qızıl, 62 gümüş, 103 bürünc), 292-si isə qeyri-olimpiya (117 qızıl, 85 gümüş, 90 bürünc) növlərinin payına düşür.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top