“2021-ci ilin ən mühüm siyasi hadisələrindən biri Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası haqqında 11 yanvar tarixli Bəyanatı idi. Bu sənəddə 10 noyabrda imzalanmış birgə bəyanatın müddəalarının icrasının zəruriliyi bir daha vurğulanmışdı”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib. Millət vəkili qeyd edib ki, Azərbaycanın mövqeyini tam şəkildə ifadə edən bu sənəddə kommunikasiyaların açılmasının zəruriliyi bir daha vurğulanır:

“Hesab edirəm ki, ilin ən mühüm siyasi hadisələrindən biri də iyunun 15-də Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanmasıdır. Çünki Şuşa Bəyannaməsi Cənubi Qafqazda təhlükəsizlik konfiqurasiyasının yeni reallıqlara uyğun qurulduğunu təsdiq edən, eyni zamanda Azərbaycan-Türkiyə münasibətlərini strateji müttəfiqlik səviyyəsinə qaldıran mühüm tarixi sənəddir”.
Soltan Məmmədov noyabrın 26-da Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında Soçidə keçirilən növbəti görüşün də vacib siyasi hadisələrdən biri olduğunu vurğulayıb:
“Fikrimcə, bu görüşdə postmünaqişə dövründə regional nəqliyyat və kommunikasiya əlaqələrinin açılması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası ilə bağlı konkret tədbirlərin görülməsi ilə bağlı məsələlər müzakirə olunub ki, bu da Azərbaycanın maraqlarına tam cavab verir”.
Millət vəkili dekabrın 10-da Azərbaycan, Türkiyə, İran, Ermənistan və Rusiyanın iştirakı ilə “3+3” formatında Moskvada keçilən toplantını Cənubi Qafqazda siyasi proseslərin axarını müəyyənləşdirən mühüm hadisələrdən biri kimi xarakterizə edib:
“Görüşün nəticəsi olaraq praktiki məsələlərə etimadın artırılması, ticarət-iqtisadi, nəqliyyat, mədəni və humanitar sahələrdə qarşılıqlı fəaliyyət, ümumi təhdidlərə qarşı mübarizə tədbirlərinə yönəldilməsinin razılaşdırıldığı elan olunub. Bu bir daha göstərir ki, Azərbaycanı təklif etdiyi əməkdaşlıq formatı yalnız region ölkələrinin deyil, bölgədə maraqları olan bütün dövlətlərin maraqlarına cavab verir”.
Milli Məclisin deputatı Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüşün əhəmiyyətinə də toxunub:
“İlk növbədə 11 yanvar və 26 noyabr bəyanatlarından irəli gələn öhdəliklərin yerinə yetirilməsinı çağırış edildi. Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərin taleyi, işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi kimi problemlərin də müzakirəyə çıxarılması görüşün əsas nəticələri kimi qiymətləndirilə bilər. Ümumilikdə 2021-ci ilin Azərbaycan üçün bir sıra ciddi siyasi uğurlarla yadda qaldı. Azərbaycan beynəlxalq münasibətlər sistemində özünü etibarlı tərəfdaş, üzərinə götürdüyü bütün öhdəliklərə sadiq dövlət kimi təsdiq edib. Əldə olunmuş diplomatik nailiyyətlərin əsas səbəblərindən biri də məhz budur”.
Aynurə Pənahqızı
Demokrat.az