Çin İlon Maskdan BMT-yə şikayət etdi

DÜNYA 28 dek 2021, 23:23

Çin Birləşmiş Millətlər Təşkilatının (BMT) Kosmik İşlər İdarəsinə (UNOOSA) avtomobil istehsalçısı “Tesla” və kosmik texnologiya şirkəti “SpaceX”in qurucusu İlon Maskdan şikayət edib.

Əsas olaraq “Starlink” layihəsi çərçivəsində orbitə buraxılan peyklərin kosmik stansiya üçün təhlükə yaratdığı göstərilib.

Çin “SpaceX”in iyul və oktyabr aylarında kosmosa göndərdiyi “Starlink” peyklərinin kosmos stansiyasına düşməsinin qarşısını almaq üçün “toqquşmaya nəzarət tədbirləri” həyata keçirməli olduğunu açıqlayıb.

Çindəki sosial şəbəkə istifadəçiləri ölkənin “Weibo” sosial şəbəkəsində Mask, “Starlink” və ABŞ-ı şiddətlə tənqid ediblər.

“SpaceX” “Starlink” peykləri ilə yer orbitində 12 min peykdən ibarət şəbəkə yaratmağı planlaşdırır. Layihənin 2027-ci ildə başa çatdırılması nəzərdə tutulur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top