Azərbaycanın qızıl və gümüş ehtiyatlarının həcmi bilindi — FOTO

SƏNAYE VƏ ENERGETİKA 16 dek 2021, 12:37
2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda hasil olunan qiymətli metalların həcmi açıqlanıb.

Demokrat.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, 11 ay ərzində ölkəmizdə 7 897 kiloqram qiymətli metal filizləri və konsentratları hasil edilib.

Onların ümumi hasilatı 2020-ci ilin yanvar-noyabr aylarının göstəriciləri ilə müqayisədə 588,6 kiloqram və ya 8,1 faiz artıb. Bu dövr ərzində 3 196,9 kiloqram qızıl, 4 700,1 kiloqram gümüş hasil edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə qızıl hasilatı 3,2 faiz azalıb, gümüş hasilatı isə 17,3 faiz artıb.

Bildirilib ki, 1 dekabr 2021-ci il tarixinə görə, ölkədə 214,6 kiloqram hazır qızıl ehtiyatı, 556,8 kiloqram hazır gümüş ehtiyatı var. Ötən ilin eyni dövrünə nisbətən qızıl ehtiyatların həcmi 32,3 faiz azalıb, gümüş ehtiyatları 6,1 dəfə artıb.



Əlavə edək ki, müvafiq dövrdə 2 350,1 ton mis filizləri və konsentratları hasil edilib. Ümumi hasilat həcmi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz azalıb. Bu məhsul növü üzrə 322,5 ton hazır ehtiyat yaranıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top