Gədəbəy rayonunda 1973-cü il təvəllüdlü Rauf hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə ittiham olunub.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Rauf 29 oktyabr 2020-ci ildə, saat 13.30-da Gədəbəy rayonu, Çalburun kəndi ərazisində yerləşən qəbiristanlığın yaxınlığında haqqında Gədəbəy rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqinin axtarış elan olunması barədə 1 oktyabr 2020-ci il tarixli qərarının icrası ilə əlaqədar xidməti vəzifəsini yerinə yetirərək axtarışda olduğunu bildirib, istintaq orqanına dəvət edən Gədəbəy rayon polis şöbəsinin cinayət axtarış bölməsinin axtarış üzrə baş əməliyyat müvəkkili, polis mayoru Rövşən adlı şəxsin təklifinə cavab olaraq dəfn mərasimində iştirak etdikdən sonra ibtidai istintaqa gələcəyini bildirib.
Bu zaman polis mayoru onun sol qolundan tutaraq xüsusi vasitə olan qandal tətbiq edib, qandalın digər tərəfini isə öz sağ qoluna bağlayıb, onu şəxsi istifadəsində olan “Mercedes Benz” markalı avtomobilə əyləşdirmək istəyib.
Bu zaman yaranmış mübahisə zamanı Rauf avtomobilə oturmamaq üçün aktiv müqavimət göstərib və zor tətbiq etməklə təpiklə bir neçə dəfə Rövşənin sol ayağının baldır nahiyəsinə zərbələr endirib, ona fiziki ağrı yetirib, habelə yerdən götürdüyü daş parçası ilə polis əməkdaşının biləyinə və qandala ardıcıl zərbələr endirib.
İstintaq orqanı tərəfindən Raufun barəsində Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rauf ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Gədəbəy rayonu, Plankənd kəndində ailə üzvləri ilə birlikdə yaşayır: “2-ci qrup ümumi əlildir. Həmçinin birinci Qarabağ Müharibəsi iştirakçısıyam. Ailəliyəm, himayəmdə az yaşlı uşağım var. V.Qasımovun şikayəti əsasında Gədəbəy rayon polis şöbəsinin istintaq bölməsində müstəntiq Məhərrəm Məmmədov tərəfindən barəmdə Cinayət Məcəlləsinin 322.2-ci (zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə özbaşınalıq törətmək) maddəsi ilə cinayət işi başlanıb və dəfələrlə polis şöbəsində olmuşam, ifadə vermişəm”.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, oktyabrın 29-da Çalburun kəndində olan yas mərasimindən çıxıb və həmin kənddə olan digər yas mərasimində iştirak etmək üçün kənd qəbiristanlığının yanında saxladığı maşına tərəf gedəndə əvvəldən tanımadığı sonradan adının Rövşən olduğunu bildiyi polis əməkdaşı xidməti polis formasında onu çağırıb: ”Ona yaxınlaşdım, salamlaşdıqdan sonra avtomobilin sağ ön tərəfində əvvəldən tanıdığım polis əməkdaşı salamlaşdım. Zərərçəkmiş şəxs mənə Cinayət Məcəlləsinin 322.2-ci maddəsi ilə barəmdə axtarış olduğunu dedim, polis şöbəsinə getməli olduğumu dedim. Yas mərasiminə gedib, sonra polis şöbəsinə gedəcəyimi bildirdim. Zərərçəkmiş şəxs sol qolumdan tutdu, biləyimə qandal vurdu, qandalın digərini isə öz sağ qoluna vurdu, məni maşına oturtmaq istədi. Ona kəndin içində belə aparılmağımı ayıb olduğunu dedim, məni buraxmasını tələb etdim, polis şöbəsinə gedəcəyimi dedim. Polis əməkdaşı sözlərimə məhəl qoymadı, məni maşına oturtmağa çalışanda artıq əsəbləşdim, maşına oturmamaq üçün dartınmağa və müqavimət göstərməyə başladım. Onun əlindən çıxmaq üçün qolundakı qandalı silkələdim. Maşından uzaqlaşmaq üçün arxaya doğru dartındım, polis əməkdaşını da özüm ilə birlikdə zorla dartdım”.
Rauf qeyd edib ki, həmin vaxt Rövşən köməyə digər polis əməkdaşını çağırıb: “Hər ikisinə yalvararaq kənd içində sındırılmamağımı, belə aparılmamağımı xahiş etdim. Bu söbəbdən aramızda dartışma və münaqişə baş verdi, qandalı qolumdan çıxarmağım üçün polis mayoruna qarşı zor tətbiq etdim, qandalı açması üçün barmaqlarımı arxaya doğru dartaraq sonuncuya fiziki ağrı verdim”.
Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsdən üzr istədiyini qeyd edib.
Gədəbəy rayon Məhkəməsinin hökmü ilə Rauf 4 il 1 ay 6 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23.00-dan saat 06.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gədəbəy rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.
Fariz Məlikli
Demokrat.az