Kişi həyat yoldaşını bıçaqladı

HADİSƏ 05 dek 2021, 09:30
Abşeronda rayonunda ailə münaqişəsi bıçaqlanma ilə bitib.

Hadisə rayonun Novxanı qəsəbəsində qeydə alınıb.

Ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanan 1980-ci il təvəllüdlü Seyidverdiyeva Aybəniz Oruc qızı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı onda qarının ön divarının bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır. /report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top