Dotasiya, DSMF borcu və problemlərlə üz- üzə qalan bələdiyyəmiz

GÜNDƏM 24 noy 2021, 09:09
Hazırda  Milli Məclisdə büdcə müzakirələri gedir. Maraqlı təkliflər səslənməkdədir. Mənim üçün maraqlı məqam isə  bələdiyyələrə ayrılan dotasiya ilə bağlıdır. Əldə etdiyim bilgiyə görə, növbəti ildə bələdiyyələrə 5.3 milyon manat dotasiya, 1.3 milyon manat subvensiyanın ayrılması nəzərdə tutulur. Bu məqamla bağlı bəzi fikirlərimi oxucularımla bölüşmək istərdim. Birincisi bələdiyyələrə dotasiya lazımdırımı? Maraqlı sualdır, deyilmi.  

Sual oluna bilər ki, ümumiyyətlə  bələdiyyələrə niyə dotasiya ayrılmalıdır. Fikrimcə, bələdiyyələrə dotasiyanın ayrılmasında bəzi məqamlara xüsusiylə diqqət yetirmək lazımdır. 

****

Bu gün bələdiyyələrə vergi məsələləriylə bağlı metodik tövsiyənin  verilməsi Dövlət Vergi Xidmətinin (DVX) bilavasitə səlahiyyətinə aiddir.  Müşahidələr göstərir ki, bələdiyyələrinin DSMF borclarının silinməsiylə bağlı DVX-də konkert strateji konsepsiya yoxdur. Əvvəlcə qeyd edim ki, pandomiyaya qədərki dövrdə bələdiyyələrin DSMF olan borcun həcmi 12 milyon manatı keçmişdi. 2018-ci ildə Prezident Adminstrasiyasının müvafiq sektorunun və Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin, habelə regional ədliyyə idarələrinin sərt addım və tövsiylərindən, xüsusən də ölkə başçısının həmin ilin fevralında təsdiq etidiyi sənədə görə DSMF-yə olan faiz borclarının silinməsindən sonra 2020-ci ilədək DSMF borclarının həcmi altı milyon manatadak azaldıldı. Ancaq 2020-ci idlə dünyanı ağuşuna alan koronavirus pandomiyası dövründəki gərginlik borcun həcminin yenidən artmasına səbəb oldu. By gün borcun həcmi yeddi milyon manatı keçib və artmaqda da davam edir.  Strateji proqramın və son iki ildə məhz borcların silinməsiylə bağlı bələdiyyələrə hər hansı tövsiyənin verilmədiyi halda DVX çıxış yolu kim bələdiyyə sədrlərinin ölkədən çıxışına məhkəmə yolu ilə qadaga qoyması və bələdiyyə sədrlərini məhşər ayağına çəkməsi başa düşülən deyil.  Məhz bu addıma görə belə qənaətə gəlirik ki, DVX-nin bu sahəyə ilə bağlı konkret proqramı belə yoxdur və əfsuslar olsun ki,  ölkədən çıxışa qadağa qoymaqla işlərini  bitmiş hesab ediblər. 

DVX-i bu günədək bələdiyyələrin DSMF borclarının hansı səbəbdən və  kimlər tərəfindən yaradıldığını müəyyən etməliydi. Üstəlik bələdiyyələr birləşdirilərkən qanunvericilikdəki boşluqların hesabına borclu bələdiyyənin borcunun yeni bələdiyyəyə keçməsinə “göz yumması” da təəssüf doğurur. İlk növbədə DVX-i borcu yaradan bələdiyyə sədrlərini məşhər ayagına çəkməli və az qala borcun 30 faizədək yaranan faizin artmasına şərait yaratmalı deyildi. İnsaf naminə deyim ki, bu işdə daha çox DSMF-da çalışan məsuliyyətsiz rəhbərlərin də günahı az deyil. Məhz belə rəhbərlərin  hansısa maraq naminə borcun artmasına goz yuması və bələdiyyənin bank hesabının açması nəticədə borcun bu qədər şişməsinə səbəb oldu. Onu da əlavə edim ki, borcun bugünədək ödənilməməsində və borcun bu qədər şişməssində rayon icra hakimiyyəti başçılarının da günahı az deyil. Onlar məhz rayonun siyasi rəhbəri olaraq bilavasitə problemin həllinə məsuliyyət hissiylə yanaşmış  olsaydılar, bələdiyyələri məcburi şəkildə rayonda həyata keçirilən irili-xırdalı layihələrin icrasına cəlb etməsəydilər, əksinə borcun silinməsi üçün dəstək vermiş olsaydılar, bu gün Biləcəri bələdiyyəsinin 784 min manat, Əhmədli bələdiyyəsinin 85 min manat, Xocasən bələdiyyəsinin 172 min manat, 19 Gədəbəy bələdiyyəsinin 563 min manat, ümumlkdə Tərtər bəldəiyyələrinin 400 min manatdan artıq, hətta 66 Bərdə bələdiyyəsinin 900 min manata yaxın borcu olmazdı.   
 
Qayıdaq dotasiya məsələsinə.

***

Vəziyyətdən çıxış yolu kimi nəyi təklif edirik. 

Bu gün ölkə bələdiyyələrinin maliyyə durumu etiraf edək ki, ürəkaçan vəziyyətdə deyil. Belə bir vəziyyətdə minə yaxın bələdiyyənin  bank hesabının məhz borca görə  bağlı qalması nəticə etibaryılə bələdiyyənin fəaliyyətini iflic vəziyyətə salır. Odur ki, bu il dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinin yəni 5.3 milyon manatın həcminin artırılaraq bu vəsaitin məhz borcun silinməsinə yönəldilməsi sonda  bələdiyyələrin fəaliyyətinə təkan vermiş olacaq. 

Sonrakı illərdə isə biz  bələdiyyələrə dotasiyanın ayrılmasının tərəfdarı deyilik. Bələdiyyələrin dotasiyadan çox qanunlardakı boşluqların aradan qaldırılmasına və əlavə maliyyə istiqamətlərinin verilməsinə ehtiyacı var. 

Hüququ statusu olmayan mənzillərin sənədləşdirilməsinə “yaşıl işığın” yandırılması, əmlak vergisində nəzərdə tutulan dəyişikliyin, yəni “istifadəsində” sözünün Vergi məcəlləsinə əlavə edilməsi və yerli vergilərin tarifinin artırılması məsələsinə baxılması, bələdiyyələrə mülkiyyətə torpaq və əmlakın, habelə xəritələrin verilməsi, ən nəhayət icra hakimiyyəti orqanlarının bələdiyyələrin fəaliyyətinə müdaxiləsinə son qoyulması nəticə etiabriylə bələdiyyələrin inkişafına səbəb olacaq.  Belə olan halda heç dotasiyaya da ehtiyac qalmayacaqdır. 

***

Son olaraq Milli Məclis üzvlərindən xahiş edirəm ki, bu yazıda qaldırılan məsələləri diqqətdən kənarda saxlamasınlar. Qeyd edim ki, Ulu öndər Heydər Əliyevin dəstəyi və təşəbbüsü ilə yaradılan bir qurumun inkişafına hər birimiz dəstək verməyə borcluyuq. Bələdiyyələrə daxil olan hər bir əlavə manat unutmayaq ki vətəndaşın probleminin həllinə yönəldilir.

Vüqar Tofiqli
“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyin sədri
Demokrat.az

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top