Qəza baş verdi, ölən var

HADİSƏ 22 noy 2021, 23:26

Tərtərdə ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə Tərtər-Goranboy yolunun Hacıqərvənd kəndi hissəsində qeydə alınıb. Belə ki, Tərtər şəhər sakini, 1983-cü il təvəllüdlü Səfərov Yediyar Osman oğlunun idarə etdiyi "VAZ-2107" markalı minik maşını ilə Tərtər rayon sakini, 1992-ci il təvəllüdlü Bayramlı Qalib Firdovsi oğlunun idarə etdiyi "VAZ-2106" markalı nəqliyuat vasitısi ilə toqquşmuş, nəticədə "VAZ-2106" markalı nəqliyyat vasitəsinin sərnişini, 1991-ci il təvəllüdlü, Tərtər rayonu Hacıqərvənd kənd sakini Verdiyev Sərxan Bəbir oğlu aldığı xəsarətlərdən Tərtər rayonu Mərkəzi Xəstəxanasında dünyasın dəyişib.

Faktla bağlı Tərtər rayon polis şöbəsində araşdırma başlanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top