Göyçayda toy yasa döndü: Ölən və yaralılar var

HADİSƏ 21 noy 2021, 15:48

Göyçayda toy karvanında baş verən qəzada ölən və yaralılar var.

Hadisə şənbə günü, noyabrın 20-si, axşam saatlarında Göyçay-Ucar avtomobil yolunda, Göyçayın Xəlitli kəndi ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumatlara görə, iki minik və bir yük avtomobili toqquşub. Minik avtomobilinin sürücüsü, Göyçay rayonu Yeniarx kənd sakini, 27 yaşlı Bəhruz Qarayev hadisə yerində həlak olub.
Digər avtomobildə olan sürücü və sərnişinlər xəsarət alıblar. Yerli sakinlərin verdiyi məlumata görə, qəzada ölən sürücü toy karvanının iştirakçısı olub.

Hadisənin dəqiq səbəbləri hüquq mühafizə orqanlarının araşdırmalarından sonra bəlli olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top