“İrəlidə daha ciddi təxribatlar olacağını gözləyirəm” — Aslan İsmayılov

GÜNDƏM 13 noy 2021, 23:12
Yadınızdadırsa bu ilin əvvəlində 2021-ci ilin müstəqilliyimiz üçün həlledici il olacağını yazmışdım. Dünən Türk Dövlətlər Birliyinin iclasını seyr edə-edə Rusiyanın buna necə reaksiya verəcəyini düşünürdüm. Bu gün əsgərlərimizə qumbara atılması, Kəlbəcərdə atışma ayseberqin görünən hissəsidir. 

V.Putinin bayraktarlara belə aqressiv münasibəti də gözlənilən idi. İrəlidə daha ciddi təxribatlar olacağını gözləyirəm. Bunların hamısı dünənki iclas və orada Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin bəyanatları ilə bağlıdır. Bizi həmişə qapazaltı hesab edən Rusiya Azərbaycanın müstəqil addımları ilə heç cür barışmaq istəmir və istəməyəcək.

Ona görə də hamımız, ilk növbədə hakimiyyət baş verənlərə çox ciddi yanaşmalı və daxildəki sabitliyi qorumaq üçün lazım olanları etməlidir. İnsanların sosial problemlərinin həlli prioritet məsələ olmalıdır, çünki düşmənlər birinci növbədə bu amildən istifadə edəcəklər.

Vəkil Aslan İsmayılov
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top