Ərdoğan İlham Əliyevə üstündə Xarıbülbül təsviri olan saatlar hədiyyə etdi — FOTO

GÜNDƏM 26 okt 2021, 18:44
Azərbaycanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə üstündə Xarıbülbül təsviri olan saatlar hədiyyə edib.

Qardaş ölkənin lideri üstündə Şuşanın simvolu sayılan Xarıbülbülün əks olunduğu qol saatlarını Füzuli Beynəlxalq Hava Limanının açılışından sonra keçirilən görüşdə Azərbaycanın dövlət başçısına təqdim edib.

Prezident İlham Əliyev deyib: "Təşəkkür edirəm. Gəlin, yaxından çəkin. Əziz qardaşım mənə bu gözəl saatları hədiyyə edib. Xarıbülbül təsviri də üstündə".

Rəcəb Tayyib Ərdoğan: "Biz Şuşaya səfər etdik. Saatların üstündə Şuşa var, Xarıbülbül də Şuşanın simvoludur".

Prezident İlham Əliyev: "Bəli, elədir. Çox sağ olun, təşəkkür edirəm!"

Qeyd edək ki, R.T.Ərdoğan 2021-ci il iyunun 15-də Şuşada səfərdə olub. Həmin gün Azərbaycan və Türkiyə liderləri Şuşa şəhərində bəyannamə imzalayıblar.


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top