Prezident Qubadlı şəhərinin Baş planının hazırlanması ilə bağlı sərəncam imzaladı

DAXİLİ SİYASƏT 25 okt 2021, 16:02
Prezident İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonunda yerləşən Qubadlı şəhərinin Baş planının hazırlanması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Demokrat.az xəbər verir ki, sərəncamla Şərqi Zəngəzur iqtisadi rayonunda yerləşən Qubadlı şəhərinin Baş planının hazırlanması üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ilkin olaraq 500,0 (beş yüz) min manat ayrılıb.

Maliyyə Nazirliyi sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top