Telman İsmayılovun sığınacaq alma səbəbi müəyyənləşdi

REGİON 23 okt 2021, 19:45
Rusiyada qətl və adam oğurluğu cinayətlərində ittiham olunan Azərbaycan əsilli iş adamı Telman İsmayılovun Monteneqroda siyasi sığınacaq almaq səbəbi məlum olub.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Biznesmenin vəkili Miloş Vuksanoviç bildirib ki, Sürix prokurorluğu Telman İsmayılova qarşı çirkli pulların yuyulması işini bağlamaq qərarından sonra o, azadlığa buraxılıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Telman İsmayılovun Monteneqroda siyasi sığınacaq istəmək niyyətində olması barədə xəbər yayılıb.

Xatırladaq ki, Telman İsmayılov Monteneqroda saxlanılaraq barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi.
 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top