Lerik-Kəlvəz yolunda qaya uçdu

İNFRASTRUKTUR 12 okt 2021, 10:01
Bu gün səhər saatlarında Lerik-Kəlvəz yolunun təqribən 10-cu km-də qaya uçqunu hadisəsi baş verib. 

Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. 

Məlumatda deyilir ki, qaya parçaları yolun hərəkət hissəsinə tökülərək avtonəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırıb. Dərhal hadisə yerinə texnika və canlı qüvvə cəlb olunub.

Hazırda yolun hərəkət hissəsinin qaya parçalarından təmizlənməsi və hərəkətin bərpası üçün addımlar atılır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top