Valideynlərinə acıq edərək, evdən qaçan məktəbli tapılıb

SOSİAL 10 okt 2021, 19:55
Siyəzəndə üç gün əvvəl itkin düşən 9-cu sinif şagirdi Nihad Vaqif oğlu Nuriyev tapılıb.

Onun olduğu yer Siyəzən rayon polis şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilib və evdən məktəbə getmək adı ilə çıxıb geri qayıtmayan məktəbli ailəsinə təhvil verilib.

Valideynlərinə acıq edən Nihad Nuriyevin hansı səbəbdən evdən getməsi araşdırılır. 

Xatırladaq ki, məktəbli Siyəzən şəhərindəki 5 saylı orta məktəbin 9-cu sinif şagirdidir. /bizim.media

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top