Saakaşvili belə saxlanılıb: xəngəl və araq — VİDEO

REGİON 05 okt 2021, 17:10
Gürcüstan polisi  sabiq prezident Mixail Saakaşvlini  nahar edərkən onun olduğu mənzilə  basqın edib.

“Ölkə.Az” “sputnik-qruzia”ya istinadən xəbər verir ki, internetdə keçmiş prezident Mixail Saakaşvilinin Tbilisdəki bir mənzildə həbs edilməsinin videosu yayılıb.

Kadrlardan görünür ki, keçmiş prezident, hüquq-mühafizə orqanlarının əməkdaşları ona basqın edəndə şam yeməyi yeyir. Masada iki şüşə araq da görünür.

Gürcüstanın üçüncü prezidenti oktyabrın 1 -də Gürcüstan hakimiyyəti tərəfindən saxlanılıb. Elə həmin gün Mixail Saakaşvili aclıq elan edib.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top