Bakıda ər arvadını döydü — SƏBƏB

KRİMİNAL 29 sen 2021, 13:22
Bakının Sabunçu rayonunda 1978-ci il təvəllüdlü Səməd Bəylərov arvadı Məlahəti (ad və soyadlar şərti verilib – red.) döyüb.

Demokrat.az-ın xəbərinə görə, Səməd ilə Məlahətin arasında şəxsi mümsibətlər zəmniində mübahisə baş verib.

Mübahisə zamanı Səməd Məlahətin əli ilə sifət nahiyyəsinə bir zərbə vuraraq, ona xəsarət yetirib. İstintaq orqanı tərəfindən Səmədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzərə təqsirləndirilən şəxs qismində ifadə verən Səməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, bildirib ki, 2002-ci ildə Məlahət ilə rəsmi qaydada ailə həyatı qurub və bu nikahdan 2 övladları dünyaya gəlib: “Son vaxtlarda Məlahət ilə aramızda soyuqluq yaranmışdı. Tez-tez mübahisələr edirdik”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, sonuncu dəfə yaşadıqları evdə olan zaman Məlahətdən pul istəyib: “Məlahətdə pulu olmadığını dedi. Bu səbəbdən aramızda mübahisə yarandı. Mübahisə zamanı əsəbləşdim, Məlahətin sifət nahiyyəsindən əlim ilə bir zərbə vurdum. Daha sonra həyətə çıxdım. Məlahət isə yaxınlığda yaşayan öz anasının evinə getdi”. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Məlahət bildirib ki, aralarında yaranan mübahisə pul üstündə baş verib.

Qeyd edib ki, hadisədən əvvəl əri ondasn pul istəyib: “Mən də pulum olmadığını dedim. Bu zaman ərim üstümə hücum çəkdi, məni döydü”. Məlahət ifadəsində həmçinin qeyd edib ki, əri ilə barışıq əldə edib və bu səbəbdən onu bağışlayır. Sabunçu rayon Məhkəməsinin hökmü ilə Səmədin həyat yoldaşı ilə barışması nəzərə alınıb və onun barəsində olan cinayət təqibinə xitam verilib.

Fariz Məlikli

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top