Dilənən qadın: “Şeytan aldatdı” — VİDEO

KRİMİNAL 28 sen 2021, 16:45
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Belə ki, İsmayıllı Rayon Polis Şöbəsinə rayonun Qurbanəfəndi kəndində yerləşən evlərin birindən 2000 manat pul və 2240 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.

Daxil olan müraciət əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, dilənçiliklə məşğul olan Sahibə Mahmudova saxlanılıb.
Araşdırma zamanı saxlanılan şəxsin avqustun 28-i günorta saatlarında evdə heç kimin olmamasından və qapının açıq olmasından istifadə edərək həmin ünvana daxil olduğu, niyyətini həyata keçirdikdən sonra isə oradan uzaqlaşdığı məlum olub.

Saxlanılan şəxs ifadəsində oğurladığı qızıl-zinət əşyalarını Bakı şəhərində satdığını, əldə etdiyi pulu isə xərclədiyini bildirib.
“Gördüyüm işdən peşmanam. Şeytan aldatdı məni. Hamıdan üzr istəyirəm”, - deyə Sahibə Mahmudova bildirib.
Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, S.Mahmudovanın digər cinayətlərdə iştirakının olub-olmamasının müəyyən edilməsi məqsədilə tədbirlər davam etdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top