Daha bir cüdoçumuz Xorvatiyadan “qızıl”la qayıdır

İDMAN 26 sen 2021, 19:52
Xorvatiyanın paytxatı Zaqrebdə cüdo üzrə Qran Pri yarışları davam edir.

 Azərbaycanın daha bir cüdoçusu yarışda qızıl medal qazanıb.

90 kq çəki dərəcəsində mübarizə aparan Məmmədəli Mehdiyev finalda Gürcüstan təmsilçisi Luka Maisuradze ilə qarşılaşıb.
Rəqibinə qalib gələn Mehdiyev qızıl medal qazanıb.

Beləliklə, iki cüdoçu ilə yarışa qatılan Azərbaycanın hər iki təmsilçisi Zaqreb Qran Prisində qızıl medal qazanıb.
Daha əvvəl Hidayət Heydərov (73 kq) hamıdan güclü olmuşdu.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top