Azərbaycanlı "qanuni oğru" saxlanıldı

KRİMİNAL 25 sentyabr 2021, 20:13
Türkiyənin İstanbul şəhərində "qanuni oğru" Arif Mehdiyev (Arif Sumqaitski) saxlanılıb.

Demokrat.az lent.az-a istinadən xəbər verir ki, o İstanbulun "Sabiha Gökçen" aeroportunda cibgirlik edərkən tutulub.

A.Mehdiyev polis şöbəsində dindirilib, izahatı alındıqdan sonra sərbəst buraxılıb.

Qeyd edək ki, Arif Sumqayitski Azərbaycanın "oğru dünyası"nın "generallarındandır". O, 1961-ci ilin fevral ayının 25-də Göyçayda anadan olub. "Qanuni oğru" adını 1989-cu ildə alıb. Rusiyada cəmi 6 ay məntəqə tipli cəzaçəkmə müəssisəndə olub.

Məlumata görə, "qanuni oğru" adını Azərbaycanda alıb. Rusiyada həbs edilərkən məhkəmə prosesində özü haqda belə deyib:

"Mənim peşəm cibgirlikdir, belə də isə "qanuni oğru"yam".

Xatırladaq ki, Sumqayitski sonuncu dəfə Ukraynanın Yevpotoriya şəhərində saxlanılmışdı və sonradan Türkiyəyə deportasiya edilmişdi.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
17 iyul 2025, 23:10
Top