Gorus-Qafan yolunda iki erməni İTKİN DÜŞDÜ

REGİON 19 sentyabr 2021, 13:42
Ermənistanın Kotayk vilayətinin iki sakini Gorus-Qafan yolunda itkin düşüb.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin yaydığı məlumata görə, həmin şəxslər Gorus-Qafan yolunun Azərbaycanın nəzarətində olan hissəsində yoxa çıxıblar.

Bu barədə xidmətə məlumat 18 sentyabr saat 21:00 radələrində daxil olub.

Hazırda Ermənistan Milli Təhlükəsizlik Xidməti Rusiya Federal Təhlükəsizlik Xidməti ilə birgə itən ermənilərin yerinin müəyyənləşdirilməsi istiqamətində işlər aparır. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 sentyabr 2025, 22:15
15 sentyabr 2025, 21:28
15 sentyabr 2025, 20:58
Top