“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Konfrans Liqasının “Bazel” ilə oyunundan sonra UEFA-nın sponsorlarından olan “Heiniken”in yığışdırılmasını tələb edib.
Oxu.Az-ın xəbərinə görə, pivə şüşələrinin masanın üzərindən yığışdırılmasından sonra Qurban Qurbanov konfransa qatılıb.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçirilən görüşdə hesab açılmayıb.