Su-25 təyyarəsindəki hər ulduz bir erməni hədəfidir

HƏRBİ 08 sen 2021, 17:11
Türkiyənin Konya şəhərində keçirilən “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimləri davam edir.

Azərbaycanla Türkiyənin birgə keçirdiyi təlimlərdə aviasiya qüvvələri Hava Hücumundan Müdafiə Sistemi və digər yerüstü hədəfləri məhv edib.

Təlimlərdə Azərbaycanın Su-25, MiQ-29 və Türkiyənin F-16 təyyarələri iştirak edib.

Diqqətçəkən məqamlardan biri Azərbaycanın Su-25 hücum təyyarələrinin gövdə hissəsinə vurulan xüsusi işarələrlə bağlıdır. Belə ki, Müdafiə Nazirliyinin təlimlərdən yaydığı fotolarda təyyarələrdən birində 58 dənə qırmızı səkkizgüşəli ulduz çəkilib. Daha bir Su-25 təyyarəsində isə həmin ulduzların sayı 38-dir.

Hesab olunur ki, ulduzlar Vətən Müharibəsi zamanı həmin təyyarələrin Qarabağda məhv etdiyi Ermənistan ordusuna məxsus zirehli texnika və zenit-raket komplekslərinin sayını göstərir.(modern.az)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top