YapiKredi Müraciət Forması
Hadisə

Sumqayıtda qəzada 3 nəfər xəsarət aldı - Maşın yandı

Sumqayıtda qəzada 3 nəfər xəsarət aldı - Maşın yandı

Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində baş verib.

Belə ki, idarəetmədən çıxan "Chevrolet" markalı minik avtomobili yoldan keçən piyadaları vurub, daha sonra səkiyə çırpılıb.

Qəza nəticəsində üç nəfər xəsarət alaraq, təcili tibbi yardım briqadalarının köməyi ilə xəstəxanaya çatdırılıblar.

Toqquşmadan sonra avtomobildə yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub.

Hadisə ilə bağlı araşdırma aparılır. (Qafqazinfo)