Həbsdə ölən keçmiş icra başçısının oğlu DANIŞDI

GÜNDƏM 08 sen 2021, 14:34
Xəbər verdiyimiz ki, Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Nizaməddin Quliyev həbsxanada vəfat edib.

Sabiq başçının oğlu Ramin Quliyev Modern.az-a açıqlamasında atasının COVID-19-dan dünyasını dəyişdiyini deyib.

Danışmaqda çətinlik çəkən R.Quliyev deyib ki, atası sabah Goranboyun Tapqaraqoyunlu kəndində dəfn olunacaq:

"Mövcud vəziyyətlə əlaqədar dəfndə yalnız yaxınlar iştirak edəcək”.

Qeyd edək ki, N.Quliyev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat nəticəsində həbs olunub. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Nizaməddin Quliyev 2009-2019-cu illərdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Ölkə başçısının 5 aprel 2019-cu il tarixli sərəncamı ilə Goranboy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən N.Quliyev Ağstafa rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 

19 dekabr 2019-cu il tarixində DTX tərəfindən keçirilən əməliyyat nəticəsində həbs olunub. O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda rüşvət alma, mənimsəmə və digər cinayətlərdə təqsirləndirilib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top