Bakıda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən hakim Fəqan Əhmədovun barəsində olan cinayət işi məhkəmənin hazırlıq iclasının vaxtı məlum olub.
Demokrat.az xəbər verir ki, cinayət işi üzrə məhkəmə hazırlıq iclası avqustun 19-a təyin olunub.
Qeyd edək ki, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.
İş araşdırılması üçün hakim Telman Hüseynovun icraatına verilib.
İttihama görə, bu ilin mayın 30-da paytaxt sakini Əhmədova Pərvanə Süleyman qızı odlu silahdan açılan atəş nəticəsində öldürülüb.
İstintaqla zərərçəkmişin əri Əhmədov Fəqan Rövşən oğlunun özünə məxsus ov tüfəngindən atəş açaraq Pərvanə Əhmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Fəqan Əhmədov təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Fəqan Əhmədov Sabunçu rayon Məhkəməsinin hakimi olub.
Fariz Məlikli
Demokrat.az