Özbəkistan latın əlifbasına keçdi

DÜNYA 01 avq 2021, 20:15
Bu gündən etibarən Özbəkistan tam olaraq latın əlifbasına keçib.

Demokrat.az xəbər verir ki, dövlət orqanları indiyədək şəhər, küçə, məhəllə, kənd, nazirlik, komitə, digər idarə və təşkilat adlarının, rəsmi sənəd və yazışmaların, müxtəlif blankların, kargüzarlıq sənədlərinin, kitab və qəzetlərin, reklamların, habelə elanların latın əlifbasında yazılışını və çapını təmin edib.

Xatırladırıq ki, bu il fevralın 10-da Özbəkistan Nazirlər Kabinetinin qəbul etdiyi sənədə əsasən, ölkə tam olaraq latın əlifbasına 2022-ci ilin sonunadək keçməli idi. Bununla belə, Özbəkistanın müstəqilliyinin 30 illiyi ilə bağlı Baş nazir Abdulla Aripov latın əlifbasına keçidin tezləşdirilməsinə dair qərar verib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top