Suraxanıda “Azərsu”yun su sayğacları yanıb — FOTO

HADİSƏ 01 avq 2021, 10:29
Ötən gün sosial şəbəkələrdə Suraxanı rayonunda, Zığ sossesi yaxınlığında məişət tullantılarının yanması ilə bağlı məlumat yayılıb. 

Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən verilən məlumata görə, yanğın Suraxanı rayonunda, “Azərsu” ASC-nə məxsus Aerasiya stansiyasının boş ərazisində baş verib və bu zaman məişət tullantıları deyil, stansiyanın ərazisinə yığılmış böyük miqdarda yararsız su sayğaclarının bir hissəsi yanıb. 

Yanğın qısa müddət ərzində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşları tərəfindən söndürülüb, məsələ FHN-in mütəxəssisləri tərəfindən araşdırılacaq.


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top