Bakı-Qazax yolunda iki yük maşını toqquşub, xəsarət alan var — FOTO

HADİSƏ 30 iyl 2021, 19:07
Ucarda "Qazel" "TIR"-la toqquşub. APA-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində baş verib.

Ucar rayonunun Qazyan kənd sakini, 1978-ci il təvəllüdlü Ceyhun Rəhim oğlu Rəhimovun idarə etdiyi "Qazel" markalı maşın Türkiyə vətəndaşı, 1960-cı il təvəllüdlü Fateh Şahinerin idarə etdiyi "TIR"ın arxa hissəsinə çırpılıb. Hadisə nəticəsində müxtəlif xəsarətlər alan C. Rəhimov Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top