Nikaraquada yeddi prezidentliyə namizəd həbs olundu

DÜNYA 26 iyl 2021, 23:53
Nikaraquada prezidentliyə namizədliyini irəli sürməyi planlaşdıran müxalif lider Noel Xose Vidaurre saxlanılıb.

TASS xəbər verir ki, o, son aylarda hüquq-mühafizə orqanlarının qəzəbinə tuş gələn sayca yeddinci siyasətçi olub.

Politoloq dövlətə xəyanətdə ittiham olunub.  

İyun ayından başlayaraq həbs olunan müxalifət nümayəndələrinə qarşı da analoji ittihamlar irəli sürülüb.

Qeyd edək ki, Nikaraquada prezident seçkiləri noyabrın 7-də baş tutacaq. Hazırki prezident Daniel Orteqa artıq 4-cü dəfə öz namizədliyini irəli sürməyi planlaşdırılır.

Sosioloji sorğular isə keçmiş prezident Kristian Çamorronun bu yaxında həbs edilən qızının daha popuyar olduğunu göstərir.(oxu.az)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top