Çində quş qripi qeydə alındı, ölən var

DÜNYA 24 iyl 2021, 22:09
Çinin cənub-qərbində yerləşən Sıçuan vilayətində yenidən H5N6 quş qripi epidemiyası baş qaldırıb.

Demokrat.az xəbər verir ki, bu barədə məlumat Honkonqun səhiyyə departamentinin rəsmi saytında yerləşdirilib.

Bildirilib ki, Siçun mahalında üç nəfər quş qripinə yoluxub, onlardan biri, 51 yaşlı qadın yerləşdirildiyi xəstəxanada ölüb.

Digər yoluxanlar 57 yaşlı və 66 yaşlı yerli sakinlər də xəstəxanaya yerləşdiriliblər. Hər ikisinin vəziyyəti ağırdır.

Quş qripi - ev quşlarının və vəhşi quşların, eləcə də insanların və heyvanların həssas olduğu yoluxucu virus xəstəliyidir. Virusun spesifik bioloji xüsusiyyətlərə və yüksək mutagenliyə malik olması xəstəliyi hər zaman aktual edir. Quş qripi xəstəliyinin törədicisi Orthomyxoviridae ailəsinə, İnfluenza cinsinə aid olan RNT tərkibli yüksək mutagen virusdur. Quşlar arasında bu xəstəliyə ilin bütün fəsillərində təsadüf edilsə də, xəstəliyin geniş yayılması mövsümi xarakter daşımaqla quşların miqrasiyası ilə bağlı olur.(report.az)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 mar 2024, 00:27
Top